Loading 0%

Ekspo 2020 Dubay

Haqqında

1 Oktyabr 2021 tarixindən - 31 Mart 2022 tarixinədək Dünya Ekspo 2020 Dubayda keçiriləcək. Bu, Orta Şərq, Afrika və Cənubi Asiyada ilk Ekspo sərgisi olacaqdır. Ekspo 2020 sərgisini 6 ay ərzində 25 milyon insanın ziyarət edəcəyi planlaşdırılır.

Sərgidə rekord sayda 190-dan çox ölkə iştirak edəcək və tarixdəki ən böyük Dünya Sərgisi olacaq. 

Eksponun mövzusu – "Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq”. Ekspo haqqında daha ətraflı məlumat - burada

Tarixdə ən böyük Ekspo

192

Ölkə

25

Milyon ziyarətçi

438

Hektar ərazi

Tarixi innovasiyalar

Kompüterlər

- İlk mexaniki kompüterlərdən biri olan Çarlz Bebbicin Analitik Mühərriki 1862-ci il tarixli London Beynəlxalq Sənayə və Sənət Sərgisində nümayiş olunub.
- 1962-ci ildə Sietlda keçirilən 21-ci əsr Sərgisinin ziyarətçiləri IBM-in səsli əmrlərə reaksiya verən "Shoebox" adlı ilk kompüterindən heyrətə gəlmişdilər.

Televiziya

- İlk canlı televiziya yayımı 1939-cu ildə Nyu York Dünya Sərgisində həyata keçirilib.
- Daha çox Ultra HDTV kimi tanınan Super Hi-Vision Teatr ilk dəfə Yaponiyanın Aiçi prefekturasında keçirilən Ekspo 2005 çərçivəsində nümayiş etdirilib.

Telefonlar

- Aleksandr Qrehem Bell 1876-cı ildə dünyanın ilk telefonunu Filadelfiyanın Torpaq və Mina Sənətləri, İstehsalları və Məhsulları Əsrlik Sərgisində nümayiş etdirib.
- Yaponiya Dünya Sərgisi Osaka 1970 ziyarətçilərə mobil telefon texnologiyasının imkanları ilə ilk tanışlıq fürsəti verməklə, daha çox qarşılıqlı əlaqə və mobil gələcəyə nəzər salmağa imkan təqdim edilib.

Yemək

- 1876-cı ildə Filadelfiyanın Əsrlik Sərgisində popkorn və Heinz ketçupu, 1904-cü ildə St. Luisdə, Luizina Sərgisində dondurma vafliləri də daxil olmaqla bir çox qida yeniliyi dünya sərgilərinə ilk dəfə qatılıb.

Dünya Ekspoları tarixi

170 ildir Dünya Ekspoları, bu gün yaşadığımız dünyanı formalaşdıran ən möhtəşəm innovasiyaları nümayiş etdirmək üçün bir platforma təqdim edir. Ekspo 2020 bu ənənəni dünyanın ən son texnologiyaları ilə davam etdirəcəkdir.

London – Böyük sərgi

İlk Ümumdünya sərgisi Sənaye İnqilabının ixtiralarını nümayiş etdirmək üçün əfsanəvi Kristal Sarayda keçirilib.

Paris – Kənd təsərrüfatı, sənaye və təsviri incəsənət məhsullarının Universal sərgisi

Bu Ümumdünya sərgisi dünyanı qazonbiçən, Murun paltaryuyan maşını, Singerin tikiş maşını, danışan gəlincik və dünyada ilk yağla çalışan maşınlardan biri də daxil olmaqla, müxtəlif innovasiyalarla tanış edib.

London – London Beynəlxalq Sənaye və İncəsənət sərgisi

Sərgidə təqdim olunan ixtiralar arasında ilk mexaniki kompüterlərdən olan Çarlz Babbicin analitik maşını da yer alıb. Sərgi bitdikdən sonra, məkan Eksponun intellektual irsini davam etdirən Elm, Təbiətşünaslıq və Viktoriya və Albert Muzeylərinə çevrilib.

Paris – Universal sərgi 1867

İlk dəfə milli pavilyonlar məhz bu Ümumdünya sərgisində təqdim edilib. Təşkilatçı ölkələrə öz mədəniyyətini, tarixini və innovasiyalarını təqdim etmək üçün məkan ayırıb.

Vyana – Ümumdünya sərgisi 1873

Yaponiya bu sərgidə 19-cu əsrin sonlarına aid “Yaponizm”dən ilhamlanaraq, yaradılan bir sıra sənət əsərlərini təqdim edib.

Filadelfiya – Yüzillik sərgi

Aleksandr Qrehem Bell dünyanın ilk telefonunu təqdim edib. Bununla yanaşı ictimaiyyətə ilk dəfə pop-korn və Heinz ketçupu da nümayiş etdirilib.

Paris – Universal sərgi 1878

Henri Giffardın buxarla idarə olunan nəhəng bağlı dirijablı ziyarətçiləri Paris üzərində 600 metrlik yüksəkliyə qaldırıb.

Melburn – Melburn Beynəlxalq sərgisi

Sərgi şəhərdə elektrik işıqlandırma, telefon, lift və tramvay sisteminin quraşdırılmasına vasitəçilik edərək, şəhərə infrastrukturu və sənayeni inkişaf etdirmək üçün şərait yaradıb.

Barselona – Barselonanın Universal sərgisi

Xristofor Kolumbun 60 metr (197 fut) hündürlüyü olan heykəli, görkəmli səhayətçinin ilk Amerika səyahətindən sonra Avropaya qayıtdığı yerdə ucaldılıb.

Paris – Universal sərgi 1889

Sərginin əsas rəmzi Eyfel qülləsi olub. Bəzi şəxslər tədricən məhşurlaşan qüllənin sərgidən dərhal sonra demontaj olunması (sökülməsi) təklifini irəli sürürdülər.

Çikaqo – Ümumdünya sərgisi: Kolumbiya sərgisi

Burada quraşdırılan dünyanın ilk nəhəng çarxı (Tamaşa Çarxı) ziyarətçilərin sevincinə səbəb olub.

Brüssel – Brüssel Beynəlxalq sərgisi

6 milyon ziyarətçini cəlb edən Ümumdünya sərgisi öncəsi şəhərin dəmir yolları, küçə infrastrukturu xeyli genişləndirilib. İnsan Ehtirasları məbədi bu günə qədər Əlliillik Parkda qalmaqdadır.

Paris – Paris sərgisi 1900

Port de Vinsen və Port Mayo arasında tikilən ilk Paris metro xətti xüsusilə beynəlxalq sərgi üçün açılıb.

Sent-Luis – Luiziana alış-veriş sərgisi

Ekspo 1904 tədbirində təqdim edilən avtomobil, simsiz texnologiya və havada üzmə ilə əlaqəli üç əsas elmi nailiyyət “Fil dişi şəhəri” adlanan bəyaz saraylarda təqdim edilib.

Lyej – Lyej Universal və Beynəlxalq sərgisi

Əsas eksponatlardan biri barmaq izlərinin götürülməsi üçün nəzərdə tutulan lupa Paris polisi tərəfindən nümayiş edilib. Sərgilənən ixtiralardan biri də Leon Qomonun filmdə görüntü ilə səsi sinxsronlaşdıran ilk proyektor-xronofon qurğusu da olub.

Milan – Universal və Beynəlxalq sərgi

Əmək gigiyenası üzrə beynəlxalq komissiya Milan hava limanında təsis edilib və bu günə qədər fəaliyyət göstərir. Sərgi üçün inşa edilən Milan akvariumu da hələ də qalmaqdadır.

Brüssel – Universal və Beynəlxalq sərgi

Sərgi üçün inşa edilən Brüssel Astoria mehmanxanası bu gün tarixi abidə kimi qorunur.

Gent – Gent 1913 Universal və Beynəlxalq sərgisi

Eksponun əyləncələri arasında dünyanın ən hündür su sürüşməsi, məkan ətrafında 5 kilometrlik mənzərəli qatar səyahəti və “Sevinc çarxı” olub.

San-Fransisko – Panama-Sakit Okeanı Beynəlxalq sərgisi

Sərginin mərkəzi elementi 435 futluq hündürlüyü olan və 100.000 taraşlı şüşədən hazırlanan qiymətli daşlarla bəzədilən Cəvahirat Qülləsi olub.

Barselona – Barselona Beynəlxalq sərgisi

Eksponun keçirilməsi üçün Barselonanın Fransa dəmiryol vağzalı yenidən qurulub, müasir asfaltlı yollar çəkilib, küçələr müasir fənərlərlə işıqlandırılıb, şəhərin ilk metro xətləri istismara verilib.

Çikaqo – Tərəqqinin Əsri sərgisi

Tədbirin əsas elementlərindən biri 191 metr (628 fut) hündürlüyü olan “Sky Ride” kanat yolu sistemindən ziyarətçilərə məkanın panoramlı görüntüsü təqdim edilib. Gecələr isə atraksionu işıq şousu işıqlandırıb.

Brüssel – Brüssel Universal və Beynəlxalq sərgisi

“Lancôme” şirkəti ilk ətirini, “Côte d'Or” şokolad istehsalçısı isə nümunə qismində istifadə edilən şokolad miniatürlarını təqdim edib.

Paris – Beynəlxalq incəsənət və texnika sərgisi

1937-ci il sərgisinə aid binaların əksəriyyəti hələ də Parisdə qalmaqdadır. Beynəlxalq Millətlər Təşkilatı Baş Assambleyasının Ümumdünya İnsan Haqları Bəyannaməsi 10 dekabr 1948-ci ildə Şayo sarayında qəbul olunub.

Nyu-York – Nyu-York Dünya sərgisi

Ekspo “Yeni günün şəfəqi” şüarı altında gələcəyə həsr olunub. Geniş ictimaiyyətin ilk dəfə gördüyü teleyayımlar da məhz bu sərgi çərçivəsində nümayiş edilib.

Port-o-Prins, Haiti – Port-o-Prins Beynəlxalq sərgisi 1949

Tədbir Haitinin bu şəhərinin təməlinin qoyulmasının 200 illiyinə modernləşdirilməsi və Honav körfəzindəki rayonun yenidən qurulmasına səbəb olub.

Brüssel – Ekspo 58

Sərgidə “Sputnik” Sovet kosmik gəmisinin faksimili, atom elektrik stansiyalarının maketi, habelə, sintetik materiallardan hazırlanan qurğu və komponentlər, avtomatlaşdırılmış maşınlar, yeni mühərrik və kompüterlər də daxil olmaqla yeni texnologiyaların yüksək səviyyəsi nümayiş etdirilib.

Sietl – 21-ci Əsr sərgisi

Sərgidə yuxarısında fırlanan restoran olan Con Qrehem və Edvard Karlsonun layihələndirdiyi “Space Needle” adlı 185 metrlik şpil təqdim edilib. Ziyarətçiləri ora kosmik kapsulu xatırladan liftlər qaldırıb. IBM-ə məxsus binada ilk kompüterlər sərgilənib.

Monreal – Ekspo 67

Eksponun görməli elementlərindən biri “Habitat 67” adlı yaşayış kompleksi olub. O, sıx şəhər tikintili fərdi ev üstünlüklərinə malik 158 çoxmənzilli dəmir-beton yaşayın binalarını özündə birləşdirib.

Osaka – Ekspo 70

Ən maraqlı eksponatlar arasında 500.000 dəfə böyütməyə qadir olan elektron mikroskop və 500 km/saat sürətlə hərəkət edən elektromaqnit yastıqlı qatar modeli də sərgilənib. Həmçinin aydan qaya nümunələri də təqdim edilib.

Sevilya – Sevilya Universal sərgisi 1992

Ekspo bitdikdən sonra Kartuha adası Kartuha 93 texniki və iqtisadi inkişaf mərkəzinə çevrilib.

Hannover – Ekspo 2000

Ekspo üçün yeni dəmiryol vağzalı inşa edilir, şəhər yollarından ibarət yeni şəbəkə yaradılır, tramvay şəbəkəsi genişləndirilir, şəhər hava limanıda üçüncü terminal tikilir.

Aiçi – Aiçi Ekspo 2005

21-ci əsrdə insanla təbiət arasındakı sıx bağlantını vurğulayan Aiçi Ekspo 2005-in mövzusu qismində, ekoloji cəhətdən təhlükəsiz həyat tərzinin yaradılması üzrə təcrübə kimi qəbul edilən “Təbiət müdrikliyi” olub.

Şanxay – Ekspo 2010

Çin hökuməti, BMT və BSB-nın birgə səyləri sayəsində Ümumdünya Şəhər günü ilk dəfə 31 oktyabr 2014-cü ildə qeyd edilib. Təşəbbüs Ekspo 2010 çərçivəsində irəli sürülüb.

Milan – Ekspo Milan 2015

Ekspo 2015 üçün texnologiya, innovasiya, mədəniyyət, adət-ənənə və yaradıcılıq və onların qida və pəhrizə olan münasibətini əks etdirən “Planeti doyuzdur, Həyat üçün Enerji” mövzusu seçilib.

Dubay – Ekspo 2020 Dubay

Yaxın Şərq, Afrika və Cənubi Asiya ərazisində keçirilən ilk Ekspo, bir sıra səbəblərdən tarixin ən vacib sərgilərindən biri hesab edilir.