Azərbaycan cənubi Qafqazın şərq hissəsində, Xəzərin qərb sahilində yerləşir. Ölkə təbii müxtəlifliliyə malik olan olduqca gözəl məkandır: Yer kürəsinin 11 iqlim qurşağından 9-na burada rast gəlmək mümkündür.
Xalçalar, antik əşyalar, həqiqi əl işi ənənələrinə əsasən mis və ipəkdən hazırlanan suvenirlərin təqdim olunduğu ənənəvi bazarlardan tutmuş, lyuks brendlərin yerləşdiyi iri ticarət mərkəzlərinə qədər hər növ alış-veriş imkanı yaradılır.
Azərbaycan mətbəxi ölkənin və onun mədəniyyətinin önəmli hissəsidir. Mətbəx, Azərbaycanda əkilən və yetişdirilən, eləcə də ticarət əlaqələri vasitəsi ilə dünyanın müxtəlif ölkələrindən gətirilən məhsulların dad və təamlarını özündə əks etdirir.
Azərbaycan xalqı dünya mədəniyyətinin formalaşmasında mühüm rol oynamış və özünün tarixi, maddi və mədəni abidələri, ədəbiyyatı, incəsənəti və musiqi irsi ilə fəxr etməyə tam haqqı var.
Ekspo 2020 Dubay
Azərbaycan Pavilyonu
Sərgi
VİP sahə
Restoran
“Dubay Ekspo 2020” ümumdünya sərgisinin bağlanış mərasimi olub
“Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” (Connecting Minds, Creating the Future) mövzusunda keçirilən “Dubay Ekspo 2020” ümumdünya sərgisinin rəngarəng bağlanış mərasimi olub.Azərbaycan pavilyonu başa çatan “Dubay Ekspo 2020”nin ən baxımlı pavilyonları sırasında yer alıb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində “Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” (Connecting Minds, Creating the Future) mövzusunda keçirilən “Ekspo 2020” dünya sərgisi başa çatıb.“NEQSOL Holding” və “AzerTelecom” “Rəqəmsal İpək Yolu” layihəsini “Dubay Ekspo”da təqdim edib
“NEQSOL Holding”in təşəbbüsü ilə “AzerTelecom” şirkəti tərəfindən həyata keçirilən, Avropa və Asiyanı birləşdirəcək telekommunikasiya dəhlizinin formalaşmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) infrastruktur layihəsi Birləşmiş Ərəb Əmirliklərində “Dubay Ekspo 2020” çərçivəsində Azərbaycan Pavilyonunda təqdim edilib.Nazir Sahil Babayev Dubayda İllik İnvestisiya Konfransı çərçivəsində keçirilən Azərbaycan - BƏƏ KOB Forumunda çıxış edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində "Parlaq gələcək üçün davamlı innovasiyalara investisiyaların yatırılması" mövzusunda 11-ci İllik İnvestisiya Konfransı çərçivəsində keçirilən Azərbaycan - BƏƏ kiçik və orta biznes (KOB) üzrə Forumda çıxış edib.BƏƏ-nin xarici ticarət naziri “Dubay Ekspo 2020” sərgisindəki Azərbaycan pavilyonunu ziyarət edib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici ticarət naziri Tani bin Əhməd Al Zeyudi başa çatmaqda olan “Dubay Ekspo 2020” dünya sərgisindəki Azərbaycan pavilyonunu ziyarət edib.Dubayda Azərbaycan icması ilə görüş keçirilib
Dubay şəhərində Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri ilə görüş keçirilib.